Bakıda Vətən Müharibəsi iştirakçısı intihar etdi

Bakıda Vətən Müharibəsi iştirakçısı intihar edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Xətai rayonunda baş verib. Belə ki, 33 yaşlı Ruslan Aleksandrovic Ardatyev yaşadığı mənzildə boğazını kəsərək ölüb. Hadisənin səbəbləri hələlik bilinmir.

HTML tutorial

Faktla bağlı Xətai rayon Prokurorluğundan verilən məlumata görə, araşdırma aparılır.

Xatırladaq ki, əslən Kəlbəcər rayonundan olan Ruslan Ardatyev 44 günlük Vətən müharibəsində iştirak edib. O, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Gununsesi.info