Bakıda vətəndaşa “pul atan” şəxs ələ keçdi

  • By admin
  • 11 İyul 2017 14:40

55134fb6888b84b24cef26c5f997e038
Paytaxtda dələduzluqla məşğul olan şəxslər yaxalanıb.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyunun 30-da Bakı şəhər sakini Fərasəddin Fərziyevin 5000 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Vüqar Bəkirov Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşları tərəfindən saxlanılıb.

Bundan başqa cari il iyunun 29-dan iyulun 7-dək olan müddətdə Bakı şəhər sakinləri olan 4 nəfərə məxsus mobil telefonları dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Elşən Kərimov Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşları tərəfindən tutulub.

Anar
Gununsesi.info