Bakıda vətəndaşı aldadaraq evinə basqın etdilər- ÖZƏL (FOTOLAR)

Bakıda vətəndaşı aldadaraq evinə basqın etdilər

nizami basqin

 

Bakı şəhərində evə basqın edilib. Gununsesi.info xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 6-da Bakı şəhər sakini Firəngiz Musayevanın Keşlə qəsəbəsində yaşadığı evə basqın edərək onun pulunu və qızıl-zinət əşyalarını quldurluq yolu ilə almış paytaxt sakinləri, əvvəllər məhkum olunmuş şəxslər –  Emil Budnıy, Elnur Əliyev, Elçin Nəsirov və Rakif Talıbov  tutulublar.

Araşdırma zamanı məlum olub ki, dəstə üzvləri hadisədən bir gün əvvəl görüşərək mənzilə daxil olmaq üçün xüsusi plan hazırlayıblar. Plana əsasən, ev sahibinin Elçin adlı oğlu ilə dost olan Elçin Nəsirov onu gecə saatlarında müxtəlif bəhanələrlə aldadaraq evdən çıxarıb. Bundan sonra qadının mənzildə tək olmasından istifadə edən dəstənin digər üzvləri  evə daxil olub.

Faktla bağlı saxlanılan şəxslər barəsində Nizami RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin paytaxt ərazisində başqa cinayətlərdə iştirak edib-etmədikləri isə araşdırmalardan sonra məlum olacaq.

Gununsesi.info

5

 

3

 

47

 

nizami basqin 2

COMMENTS