
Bakı şəhəri, Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov həbs edilib.
Gununsesi.info xəbər verir ki, tanınmış müğənni Dəniz Əsədovaya qarşı dələduzluqda şübhəli bilinən baş həkim barəsində dünən Sabunçu Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə iş açılan baş həkimin müğənniyə vəd verərək 627 min manatlıq dələduzluq etdiyi bildirilir.
Rauf İsfəndiyarov daha əvvəl Laçın Rayon Mərkəzi xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.
Qeyd edək ki, bununla yanaşı müğənni Dəniz Əsədova Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Mehparə Kazımova və daha bir neçə nəfər barəsində də dələduzluq iddiası ilə hüquq-mühafizə orqanlarına müraciət edib.
Gununsesi.info