
Bakıda təcili tibbi yardım maşınının vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, bu barədə Baku.ws məlumat yayıb.
Hadisə Nərimanov metro stansiyasının yaxınlığında qeydə alınıb. QAZ-3110 markalı avtomobil təcili tibbi yardım maşınını arxadan vurub.
Hadisə şahidlərin sözlərinə görə, qəzaya səbəb olan avtomobil vəzifəli şəxsə məxsus olub.
Gununsesi.info