Bakıda və Şəkidə yanğın hadisəsi baş verib

  • By admin
  • 02 Dekabr 2017 20:52

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 95 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evdə ev əşyaları 3 kvadratmetr yanıb.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin Saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bundan başqa, Şəmkir rayonunda ümumi sahəsi 210 kvadratmetr olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info