Bakıda valideynlər uşağa işgəncə verib diləndirirmiş - ŞOK İDDİA

“Bakı Metropoliteni”nin polis əməkdaşları diləndirilən 9 yaşlı uşağı aşkarlayıblar.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə feysbuk səhifəsində yazıb.

 

Onun sözlərinə görə, uşaq evinə qaytarılmamaq üçün polislərə yalvarıb:

 

“Uşaq dəhşətlər yaşayıb… Təhsildən yayındırılıb. Bədənində iltihablı yaralar var… Hər gün 70 manatdan çox pul qazanıb. O puldan özünə yemək xərci üçün götürəndə anası döyüb. Bu, azmış kimi, hər dəfə atasına da döydürüb. Valideynlər cəzalandırılmalıdırlar”, – Birliyin sədri qeyd edib.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məsələnin araşdırıldığını bildirib.

 

 

Gununsesi.info