Bakıda velosiped oğrusu tutuldu

  • By admin
  • 01 Noyabr 2017 13:56

Bakıda velosiped oğrusu saxlanılıb.

Daxili İşlər Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, hadisə oktyabrın 30-da Xəzər rayonunda baş verib.

Məlumata görə, rayon Polis İdarəsinin 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rafiq Hüseynova məxsus həyətyanı sahədən velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Qasımov tutulub.

Gununsesi.info