Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək

  • By admin
  • 14 Oktyabr 2016 10:21

az-rus

Oktyabrın 31-dən noyabrın 1-dək Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.

HTML tutorial

Gununsesi.info bildirir ki, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı ticarət nümayəndəsi Eldar Tlyabiçevin mətbuata verdiyi məlumata görə, Forum çərçivəsində Azərbaycan ilə Rusiya ilə arasında regionlararası və sərhəd əməkdaşlığı məsələləri, perspektivli infrastruktur layihələri, regionlararası sahədə iqtisadi və maliyyə əməkdaşlığı, Rusiya-Azərbaycan humanitar məkanının problemləri və perspektivləri, iki ölkənin qarşılıqlı strateji əlaqələri nəzərdən keçiriləcək. Eyni zamanda, müxtəlif “dəyirmi masa”lar və iki ölkənin işgüzar dairələrinin nümayəndələri üçün əlaqə birjası təşkil ediləcək.

Eldar Tlyabiçevin sözlərinə görə, bu gün Rusiya Federasiyasının 17 subyekti Azərbaycandakı tərəfdaşları ilə birlikdə ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişlər həyata keçirir. Rusiyanın 70-dən çox regionunun müəssisə və şirkətləri isə Azərbaycan Respublikası ilə ticarət əlaqələri saxlayır.

Gununsesi.info