Bakıda xəstə baş həkimin otağına benzin tökərək od vurdu

Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün həkimin otağına benzin tökərək yandırıb.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, yanğının söndürülməsi istiqamətində iş aparılır.

Xəsarət alanların olmadığı bildirilir, əlavə məlumat veriləcək.

 

 

Gununsesi.info