Bakıda xəstəxanaya gedən qadını avtomobil vurdu

  • By admin
  • 05 İyul 2018 09:44

 

Nərimanov rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info report-a istinadən xəbər verir ki, hadisə 5 saylı Şəhər Klinikasının qarşısında qeydə alınıb.

1987-ci il təvəllüdlü Məmmədova Pərvin Arzu qızı qeyd edilən xəstəxanaya gedərkən onu minik avtomobili vurub.

Yaralıya xəstəxananın həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib. Daha sonra xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.