
Bakı şəhər sakinləri xəzinadara 100 manatlıq saxta əskinas verdikləri üçün saxlanılıblar.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyunun 30-da Xətai rayonu ərazisində yerləşən marketlərdən birində Bakı şəhər sakinləri Səməd Novruzov və oğlu Nəbi alış-veriş etdikdən sonra xəzinadara 100 manatlıq saxta əskinas verdikləri üçün Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 34-cü PB-yə təhvil veriliblər.
Anar
Gununsesi.info