Bakıda xəstə özünü hündürmərtəbəli xəstəxanadan yerə atdı

  • By admin
  • 02 İyun 2016 11:07

Ozunu atma

Bakıda intihar hadisəsi baş verib.

 

Gununsesi.info xəbər verir ki,  Xətai rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Respublika Neyrocərrahiyyə Xəstəxanasında qeydə alınıb. Xəstəxanada müalicə alan Tovuz rayon sakini, 1970-ci il təvəllüdlü Qoşqar İsrail oğlu Əsgərov özünü xəstəxananın 5-ci mərtəbəsindən atıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

 

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.  (APA)