Bakıda xarici vəzifəli şəxs kabinetində öldü

  • By admin
  • 10 May 2017 10:54
2017-05-10-10-52-55kabinet-inter-supbig-774849-886
Bakıda xarici ölkə vətəndaşı iş yerində ölüb.
Gununsesi.info lent.az-a istinadən xəbər verir ki, Neftçilər prospekti 67 ünvanında yerləşən “Permasteelisa Qrup” şirkətində müqavilə əsasında sahə rəisi işləyən və Neftçilər prospekti ev 131, mənzil 36-da kirayə yaşayan 1966-cı il təvəllüdlü, Xorvatiya vətəndaşı Barisic Bosilko Hrvatsko iş otağında ölüb. İlkin müayinə zamanı onun ürək çatışmazlığından vəfat etdiyi müəyyənləşib.
Qeyd edək ki, xorvatiyalı mühəndis Bakıda “Xəzər Waterfront” ticarət-əyləncə mərkəzinin tikintisində çalışırmış.

Gununsesi.info