Bakıda yağış, rayonlarda isə sulu qar yağacaq

  • By admin
  • 16 Sentyabr 2016 12:50

yags

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gununsesi.info-ya verilən məlumata görə sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gecə yarımadanın bəzi yerlərində intensiv olacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal-şərqküləyi əsəcək.

HTML tutorial

Havanın temperaturu Abşeron yarımadasında gecə18-21, gündüz 23-26, Bakıda gecə 18-20, gündüz 24-26 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 761mm civə sütunu, nisbi rütubət 85-95faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sentyabrın 17-də şimşək çaxacağı, arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Şərqküləyi əsəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 23-28, dağlarda gecə5-10, gündüz 12-17 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnozlara gəlincə isə sentyabrın 17-də Abşeron yarımadasında təmiz və sakit hava şəraiti müsbət amil olsa da, havada rütubətin çox olması bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər. Sentyabrın 18-19-da isə meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən  əlverişlidir.

Gununsesi.info