
Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində məişət tullantıları 10 m² sahədə yanıb.
FHN-dən Gununsesi.info-ya verilən məlumata görə, yanğın zamanı 1 nəfər (şəxsiyyəti dəqiqləşdirilir) müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən təcili tibbi yardım briqadasına təhvil verilib. Zirzəminin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gununsesi.info