Bakıda yanğın ağacların məhvinə səbəb olub

  • By admin
  • 15 Avqust 2021 18:56

Bakının Nərimanov rayonu, Nəsib bəy Yusifbəyli küçəsində yaşıllıq ərazidə baş verən yanğın zamanı 23 ağacın yandığı məlum olub.

Bu barədə Gununsesi.info-ya Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib.

“Hazırda təbiətə dəymiş ziyanın müəyyənləşdirilməsi istiqamətində tərəfimizdən araşdırmalar aparılır. Araşdırmaların nəticələri ilə bağlı toplanmış materiallar Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə göndəriləcək”, – o qeyd edib.

Gununsesi.info