FHN Bakıda sexdə iki nəfərin öldüyü yanğınla bağlı məlumat yayıb -YENİLƏNDİ

  • By admin
  • 10 Aprel 2023 10:19

Fövqəladə Hallar Nazirliyi Xəzər rayonunda sexdə baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, Xəzər rayonu, Binə qəsəbəsində ümumi sahəsi 240 m² olan sexin sahəsi 44 m² olan otaqlardan birinin dam örtüyünün taxta atmaları və içərisində olan əşyalar yanıb. Yanğının kəşfiyyatı zamanı 2 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

09:14

Bakıda sexdə yanğın olub.

Gununsesi.info xəbər verir ki, hadisə Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən masa və oturacaqların hazırlanması sexində baş verib.

Hadisə nəticəsində 2 nəfər sexin içərisində yanaraq ölüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən yanğın söndürülüb.

Hazırda ölənlərin kimliyi müəyyənləşdirilir və araşdırma aparılır.

Gununsesi.info