Bakıda yaşayış binası yanır

  • By admin
  • 10 Noyabr 2017 22:04

Bakıda 16 mərtəbəli yaşayış binasında yanğın başlayıb.

APA-nın xəbərinə görə, hadisə paytaxtın Binəqədi rayonu, Fərman Məlikov küçəsində qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

 

Gununsesi.info