Bakıda yaşayış binasında YANĞIN

Bakıda yaşayış binasında yanğın olub.

FHN-dən verilən məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 131 m² olan mənzilin mətbəxində mebel 5 m² sahədə, lambirdən ibarət tavan 18 m² sahədə və 1 ədəd paltaryuyan maşın yanıb.

HTML tutorial

Yüksək temperaturdan 1 ədəd soyuducu, 1 ədəd kondisioner, stol və stullar qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info