Bakıda yaşayış binasında yanğın: Xəsarət alan var

Bakıda yaşayış binasında yanğın olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

HTML tutorial

Bildirilib ki, Bakı şəhərinin Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində ümumi sahəsi 44 kvadratmetr olan ikiotaqlı mənzilin eyvanının yanar konstruksiyaları 8 kvadratmetr sahədə yanıb.

Yüksək temperaturdan 1 ədəd kondisioner əriyib. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.