Bakıda yaşayış binasında yanğın baş verib

  • By admin
  • 19 Mart 2018 08:00

Bakıda yaşayış binasında yanğın olub.

Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən, ümümi sahəsi 130 m² olan 3 otaqlı mənzilin dəhlizində 14 ədəd qoruyucu açar, 3 p.m elektrik naqilləri və 2 m² sahədə döşəmə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info