![](https://www.gununsesi.info/wp-content/uploads/2017/03/fhn-yangin-masin-250x200.jpg)
Bakıda yaşayış binasında yanğın olub.
Gununsesi.info-nun FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Xətai rayonunda çox mərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 m2 olan 2 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin mətbəxində 1 ədəd kondisioner, televizor və divan-kreslo yanıb.
Yüksək temperaturdan mətbəxin 1 ədəd plastik pəncərə çərçivəsi 3 m2 sahədə və hamamın lambirdən ibarət tavanı 6 m2 sahədə əriyib. Yanğın zamanı mənzillərdən 8 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Gununsesi.info