Bakıda yaşayış binasında yanğın olub, 15 sakin təxliyə edilib

  • By admin
  • 26 Aprel 2018 22:04


Bakıda yaşayış binasında yanğın baş verib. Gununsesi.info-nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Sabunçu rayonunda ümumi sahəsi 69 m2 olan ikiotaqlı mənzildə (yaşayış yoxdur) baş verib. Nəticədə mənzildə 8 m2 sahədə məişət tullantıları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini təxliyə edilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info