Bakıda yaşayış binasında yanğında üç polis tüstüdən zəhərlənib

  • By admin
  • 24 Aprel 2017 16:04

58fdea756f0be_58fd8edb835f0_14909781031

Ötən gecə Bakıda baş verən yanğında 3 polis əməkdaşı tüstüdən zəhərlənib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info verilən məlumata görə, aprelin 24-də Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğının söndürülməsinə köməklik edən 3 polis əməkdaşı zəhərlənmə diaqnozu ilə Respublika Toksikologiya Mərkəzinə aparılıb, lazımi müalicə aldıqdan sonra evə buraxılıb.

Qeyd edək ki, yanğın zamanı binanın 50 nəfərdən çox sakin xilas edilib. Onlardan 8-i azyaşlı olub.

Qeyd edək ki, bu gün Bakıda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi xəbərə görə, Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının bloklarının birində zirzəmidən başlayaraq 18-ci mərtəbəyə kimi kabel şaxtasında 600 p.m elektrik kabeli yanıb.

Yanğın zamanı hadisə yerindən 40 nəfər bina sakini təxliyə, 8 nəfər azyaşlı uşaq xilas edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 02:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info