Bakıda yaşlı kişi naməlum şəraitdə bıçaqlanıb

  • By admin
  • 21 Fevral 2020 22:43

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.org xəbər verir ki, hadisə Xocaəsən qəsəbəsində baş verib.

1956-cı il təvəllüdlü Nağıyev Saqif Omar oğlu naməlum şəraitdə bıçaqlanıb. Yaralı qarnın ön divarının kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi tərəfindən araşdırma aparılır.

 

 

Gununsesi.org