Bakının Nəsimi rayonu ərazisində, Füzuli və Topçubaşov küçələrinin kəsişməsində, “Günaybank”ın arxasında 3 mərtəbəli binada yanğın olub.
Gununsesi.org Virtualaz.org-a istinadən xəbər verir ki, yanğın zamanı xəsarət alanlar var.
Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib ki, təcili yardım briqadaları hadisə yerindədir. 57 yaşlı qadın başın 2-ci dərəcəli yanığı diaqnozu ilə Klinik Tibbi Mərkəzə çatdırılıb. 16 yaşlı oğlan isə zəhərlənmə diaqnozu ilə həmin xəstəxananın taksikologiya şöbəsinə yerləşdirilib.
Gununsesi.org