Bakıda yeni maşın bazarı tikilir - VİDEO

  • By admin
  • 17 Oktyabr 2022 11:36

Bakıda 10 hektar ərazidə yeni avtomobil bazarı tikilir.

 Gununsesi.info xəbər verir ki, paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində inşa edilən bazarın hazırda 4 hektarlıq ərazisində işlər yekunlaşıb.

Asfalt vurulub, avtomobillərin sıra ilə dayanması üçün cizgi xətləri çəkilib. Bazarın nümayəndəsi Kəmallədin Qədim deyir ki, burada satış həm açıq havada, həm də qapalı şəraitdə həyata keçiriləcək.

Bazarda açıq şəkildə 1200 avtomobil, qapalı şəraitdə isə 300 avtomobil yerləşəcək.

lqı-satqıya cəlb edilən avtomobillərin vaxt itirmədən diaqnostika edilməsi üçün bokslar olacaq. Hazırda həmin təmir sexlərinin tikintisi aparılır.

Bazarın nümaynədəsi bildirir ki, Bakının bu əraziyə yaxın rayonları – Sabunçu, Xəzər, Nizami, Xətai və sair ərazilərdə olan avtomobillər bu bazarda satılacaq.

Bazarın yaxın günlərdə istifdəyə verilməsi planlaşdırılır.

Gununsesi.info