Bakıda yeni metro stansiyanın təhvil verilmə tarixi AÇIQLANDI -FOTO

“Xocəsən” metro stansiyası ilin sonuna kimi təhvil veriləcək”.

Bu sözləri Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

HTML tutorial

O qeyd edib ki, hazırda infrastrukturun, təchizat sistemlərinin qurulmasında son işlər həyata keçirilir:

“Buraya stansiya ilə bərabər elektrik deposunun birinci mərhələsi də aiddir. Elektrik deposunun ikinci və üçüncü mərhələsi üçün inşaat prosesi “bənövşəyi xətt”in inkişaf mərhələsinə uyğun aparılacaq”.

Bəxtiyar Məmmədov yeni inşa olunan “B4” stansiyasından da söz açıb:

“Cəlil Məmmədquluzadə küçəsində, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında salınacaq “B4” stansiyasında tikinti prosesi davam edir. Birinci və ikinci səviyyədə geoloji məsələlərlə bağlı heç bir problem yaşanmayıb. Hazırda üçüncü səviyyə üzrə qrunt işləri gedir. Təhvilin nə vaxt baş tutacağı isə dördüncü səviyyə yekunlaşdıqdan sonra açıqlanacaq.  Növbəti ilin sonunadək qrunt məsələləri ilə bağlı işlərin yekunlaşması gözlənilir. Ümumilikdə, “Bənövşəyi xətt” yeraltı 12 stansiyadan ibarət olacaq. “B4”dən sonra mərhələli şəkildə digər stansiyalar da inşa olunacaq”.

Gununsesi.info