
Mərdəkan-Zağulba avtomobil yolunun 8-ci km-də piyada keçidinin inşası yekunlaşdırılaraq vətəndaşların istifadəsinə verilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Layihə üzrə keçidin uzunluğu 53.4 metr, daxili eni 3.5 metr, pilləkən və pandusların eni 1.35 metrdir.
İki giriş-çıxışdan ibarət olan keçiddə fiziki məhdudiyyətli insanların rahat hərəkətini təmin etmək üçün beynəlxalq standartlara uyğun oval tipli piyada pandusları quraşdırılıb.





