Bakıda yeni tikilən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb –  FOTO - VİDEO - YENİLƏNİB

  • By admin
  • 12 Aprel 2018 21:00


Bakı şəhərində tikilməkdə olan çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

Gununsesi.info-nun verdiyi məlumata görə, hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verməsi araşdırılır.

***18:50

Bakı şəhərində tikilməkdə olan çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Gununsesi.info-nun verdiyi məlumata görə, hadisə Binəqədi rayonu, 7-ci mikrorayonda, “Bolluq bazarı” kimi tanınan ərazidə qeydə alınıb.

Yanğın binanın tikintisi davam edən sonuncu mərtəbəsində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Gununsesi.info