Bakıda yeni yaradılmış sahibkarlıq subyektlərinin sayı açıqlanıb

  • By ilhame
  • 07 Yanvar 2024 13:55

2023-cü yanvar-sentyabr ayları ərzində Bakı şəhərində 9787 yeni müəssisə və təşkilat, 17 370 isə fərdi sahibkarlıq subyektləri yaradılıb.

 

Gununsesi.info Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin yanvar-sentyabr aylarında Bakıda 48 989 yeni iş yeri yaradılıb.

 

Qeyd edək ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılan müəssiə və təşkilatların sayı 2.2%, fərdi sahibkarların sayı 13.2% azalıb, yeni iş yerlərinin sayı isə 17.2% artıb.

 

Xatırladaq ki, ötən ilin doqquz ayı ərzində Bakıda yeni yaradılmış iş yerlərinin 46 447-si mövcud müəssisə və təşkilatlarda, 2 472- si isə yeni müəssisə və təşkilatlarda yaradılıb.

Gununsesi.info