Bakıda yeniyetmə yol qəzasında ağır xəsarət alıb

  • By admin
  • 14 Mart 2024 07:43

Bakının Nizami rayonunda 15 yaşlı yeniyetmə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Gununsesi.info report.az-a istinadən bildirir ki, iki avtomobilin toqquşması nəticəsində 2009-cu il təvəllüdlü Musalı Zilan Ruslan qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır .

 

Gununsesi.info