Bakıda yol-nəqliyyat hadisəsi baş verib

  • By ilhame
  • 08 Sentyabr 2024 09:45

Bakının Xəzər rayonununda yeniyetmənin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Gununsesi.info-nun məlumatına görə, avtomobil yolu keçən 2010-cu il təvəllüdlü M.N-ni vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.

 

Hadisənin təfərrüatı araşdırılır.

Gununsesi.info