Bakıda yol-nəqliyyat hadisəsi baş verib

  • By admin
  • 23 İyul 2022 10:51

Paytaxtın 8 Noyabr prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, prospektlə hərəkətdə olan 4 minik avtomobili bir-birinə çarpılıb. Hadisə nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ölən və xəsarət alan olmayıb.

Gununsesi.info