Bakıda yol qəzası oldu, xəsarət alan var

  • By admin
  • 13 Sentyabr 2021 08:39

Bakı şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. 1994-cü il təvəllüdlü Qənbərov Fərid Tahir oğlu velosipedlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə velosiped avtomobillə toqquşub. Müxtəli xəsarətlər alan velosipedçi təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info