Bakıda yolu keçən kişini avtomobil vurub

  • By ilhame
  • 17 Mart 2024 09:15

Bakının Xətai rayonunda 62 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

 

Gununsesi.info xəbər verir ki, 1962-ci il təvəllüdlü Ağayev Fərman Ağababa oğlu yolu keçərkən avtomobil onu vurub.

 

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

 

Fakt araşdırılır.

Gununsesi.info