Bakıda yolun ortasında oynayan kişi hərəkət edən avtomobillərə təpik atdı – VİDEO

  • By admin
  • 31 Yanvar 2020 10:32

Bu gün səhər saatlarında paytaxtın Babək prospektində qəribə hadisə qeydə alınıb.

Gununsesi.org xəbər verir ki, bir nəfər özünü yolun ortasına ataraq qəza şəraiti yaradıb.

Nəqliyyatın intensiv hərəkətdə olduğu prospektdə avtomobil yolunun ortası ilə gəzərək rəqs edən şəxs ətrafdakıların diqqətini çəkib.

Ətrafdan sürətlə keçən avtomobillərə məhəl qoymayan şəxs nəqliyyat vasitələrinə təpik atıb.

Həmin görüntüləri təqdim edirik:

 

 

Gununsesi.org