Bakıda YPX avtomobili zəncirvari qəzaya səbəb oldu – VİDEO

Bakıda YPX avtomobili zəncirvari qəza törədib.

Gununsesi.info xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.

Hadisə zamanı Yol Patrul Xidmətinə məxsus 99-YP-457 dövlət nömrə nişanlı BMW markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan 99-OM-551 dövlət nömrə nişanlı KİA markalı maşına, ikinci nəqliyyat vasitəsi isə öz növbəsində 99-GV-173 dövlət nömrə nişanlı “Mercedes” markalı maşına çırpılıb.

Qəza zamanı ölən və ya xəsarət alanlarla bağlı məlumat yoxdur. Hadisə nəticəsində avtomobillər maddi ziyan dəyib.

Həmin görüntüləri sizə təqdim edirik:

Gununsesi.info