Bakıda yük avtomobili beton divara çırpılıb - XƏSARƏT ALANLAR VAR

  • By admin
  • 15 Dekabr 2016 17:25

sacman1

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda “Shacman” markalı yük avtomobili yolun kənarındakı beton divara çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

FHN-dən Gununsesi.info-ya verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü və sərnişini çıxarmış və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 14:48-də başa çatıb.

Anar

Gununsesi.info