Bakıda yük avtomobili qaz xəttini zədələyib

  • By admin
  • 07 Mart 2018 19:12


Bakının Sabunçu rayonunda avtomobil qəzası olub.

APA-nın məlumatına görə, Ramana-450 qəsəbəsi (Şuşa şəhərciyi) ərazisində ağır tonnajlı yük avtomobili qaz xəttinə dəyib.

Nəticədə qaz xətti zədələnib.

Hadisəyə səbəb avtomobilin sürücüsünün dönmə əməliyyatı düzgün yerinə yetirməməsi olduğu bildirilir.

 

Gununsesi.info