Bakıda yük maşını minik avbtomobili ilə toqquşdu: ölən var

  • By admin
  • 23 Noyabr 2020 18:16

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.org-a verilən məlumata görə, Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Lökbatan qəsəbə sakini Y.Qurbanovun idarə etdiyi “VAZ-2107” markalı minik və Masallı rayon sakini Y.Rəhmanovun idarə etdiyi “İsuzu” markalı yük avtomobilləri toqquşub. Qəza nəticəsində  Y.Qurbanovun sərnişini Qaytən Piriyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Gununsesi.org