Bakıda yürüş keçirilir - FOTO

  • By admin
  • 15 Sentyabr 2021 10:46

Sentyabrın 15-də Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə Bakının mərkəzi küçələrində və meydanlarında “Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır” devizi altında hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçirilir.

Gununsesi.info xəbər verir ki, istiqamətlərdən biri olan 28 May küçəsindəki Səməd Vurğun bağından start götürən paytaxtdakı yürüşdən əvvəl Azərbaycanın dövlət himni səsləndirilib.

Orkestr və şəxsi heyət Bülbül, Neftçilər prospektləri, Azadlıq Meydanı marşrutu üzrə hərəkət edəcək.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 150 nəfər şəxsi heyətinin iştirakı ilə hər qoşun növünə aid bir qutundan ibarət ümumilikdə üç qutu olmaqla hərbi orkestrin müşayiəti ilə qeyd olunan istiqamətlərdə yürüş edir.

Gununsesi.info