Bakıda Zəfər Muzeyinin tikintisi ilə əlaqədar çoxmərtəbəli bina söküləcək

  • By admin
  • 08 Yanvar 2022 13:59

Bakının Xətai rayonunda Zəfər Muzeyinin tikintisi ilə əlaqədar 11 mərtəbəli bina söküləcək.

Gununsesi.info-ya Xətai Rayon İcra Hakimiyyətindən  bildirilib ki, bina Cavanşir körpüsünün yaxınlığında, Yusif Səfərov və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində yerləşir.

HTML tutorial

Qeyd edilib ki, bina dövlət sifarişi əsasında söküləcək. Bina sakinləri ilə danışıqlar aparılıb və xəbərdarlıq edilib. Köçürülmə ilə bağlı komissiya yaradılıb, kompensasiyanın məbləği müəyyənləşdirilib. Hazırda binadan sakinlərin köçürülməsi prosesi həyata keçirilir. Köçürülmə bitdikdən sonra bina söküləcək.

Gununsesi.info