Azərbaycan ərazisində zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Gununsesi.info-ya bildirib ki, zəlzələ paytaxt Bakıda da hiss olunub.
Məlumata görə, maqnitudası 5 olan zəlzələnin ocağı Xəzər dənizində yerləşib. Yeraltı təkanların episentrinin Abşeron yarımadasından 56 km şimalda olduğu bildirilir.
Gununsesi.info