Bakıda zəncirvari qəza - FOTO

Bakıda marşrut avtobusunun da iştirakı ilə zəncirvari qəza baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə ilə əlaqədar qəzanın baş verdiyi ərazidən görüntülər redaksiyamıza göndərilib.

HTML tutorial

Yol-nəqliyyat hadisəsi bu gün saat 11 radələrində Moskva prospektindən Biləcəri istiqamətinə gedən yolda qeydə alınıb. Nəqliyyat vasitələrinin toqquşması nəticəsində yolda hərəkət məhdudlaşıb.