Bakıda Zəfər yürüşü başa çatdı - FOTO

  • By admin
  • 08 Noyabr 2021 11:22

Bakıda 8 Noyabr – Zəfər Günü münasibətilə genişmiqyaslı yürüş keçirilir.

Gununsesi.info xəbər verir ki, hərbi orkestrin müşayiəti ilə “Azneft” dairəsindən başlayan aksiyada onminlərlə insan iştirak edir.

Yürüş iştirakçıları əllərində Azərbaycanın şanlı bayrağını tutublar. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları çiynlərində 470 metr uzunluğunda Azərbaycan bayrağı daşıyırlar.

“Ağ şəhər” bulvarınadək davam edəcək yürüş “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə təşkil olunan flaşmobla başa çatacaq.

Gununsesi.info