Bakıda zəncirvari qəza: Xəsarət alan var - FOTOLAR

  • By admin
  • 12 May 2023 09:28

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisəyə yüksək sürət səbəb olub.

Belə ki, “Range Rover” markalı avtomobilin sürücüsü Qara Qarayev prospektində yüksək sürətlə metronun “Neftçilər” stansiyası istiqamətində hərəkətdə olarkən sükana nəzarəti itirib.

İdarəetmədən çıxan “Range Rover” eyni istiqamətdəki “Changan” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Zərbənin təsirindən “Changan” da “Hyundai” markalı avtomobilə çırpılıb.

Qəza zamanı KIA markalı maşına da ziyan dəyib.

Hadisə zamanı “Changan”da olan sərnişin xəsarət alıb.

Fakt üzrə Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparırlar.