Bakıda zavod ərazisində yanğın var

  • By admin
  • 04 İyun 2018 15:26

Bakı Poladtökmə Zavodunun ərazisində yanğın baş verib.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, Binəqədi rayonunda Bakı Poladtökmə Zavodunun ərazisində istifadəyə yararsız avtomobil şinləri yanır.

Hazırda FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir.

 Nazirlik bildirir ki, yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, ötən gün Binəqədi rayonunda Ağac Emalı Zavodunun (hazırda fəaliyyət göstərmir) 3,7 ha olan ərazisinə yığılmış istifadəyə yararsız avtomobil şinləri 1200 m² sahədə yanmışdı.