Bakıda zibil maşını dəhşətli qəza törətdi: SÜRÜCÜ TƏKƏRİN ALTINDA QALDI

  • By admin
  • 30 May 2017 10:08
2017-05-30-10-21-05285665CD-ACBF-4A98-9A09-5F77F3B39FF4_cx0_cy2_cw0_mw1024_mh1024_r1_s
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Gununsesi.info Lent.az-a istinadən xəbər verir ki, Səbail rayonu ərazisində 45 saylı Mənzil Kommunal İstismar Sahəsinə məxsus olan “Zil” markalı yük maşını ehtiyatsızlıqdan hərəkətə gəlib. Bu zaman məişət tullantılarının daşınmasında istifadə edilən avtomobilin sürücüsü, 1956-cı il təvəllüdlü Nəbiyev Etibar Ağagül oğlu təkərin altında qalaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info